Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
13 Avqust 2020 12:07
2 128
Yaşayış yerini tərk edərək digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaradan virusa yoluxmuş daha bir nəfər məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinə COVID-19 infeksiyasına yoluxmuş şəxsin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində avqustun 11-də saat 18 radələrində virusa yoluxmuş İsmayıllı rayon sakini A.Hüseynov karantin rejimi qaydalarını pozaraq idarə etdiyi “Mercedes” markalı avtomobillə Bakı şəhərindən Şamaxı rayonu istiqamətində hərəkət edərkən Bakı-Şamaxı yolunun 31-ci kilometrliyində xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postda saxlanılıb. Polis əməkdaşları onu Təcili Tibbi Yardım stansiyasının həkimlərinə təhvil veriblər.
16 May 19:46
1 246
16 May 10:39
1 421
15 May 18:39
1 673