Ruhani gələn həftə Bakıya gəlir Hadisə

Ruhani gələn həftə Bakıya gəlir

İran Prezidenti Həsən Ruhani noyabrın 12-də Azərbaycana rəsmi səfərə gəlir.
"BayMedia.az" saytının xəbərinə görə səfər noyabrın 13-dək davam edəcək.
Qeyd edək ki, bu, Həsən Ruhaninin prezidentlik dövründə Azərbaycana ilk rəsmi səfəridir.
Azərbaycan Prezidenti İlham Əliyev cari ilin aprel ayının 9-da Tehranda rəsmi səfərdə də olub. Səfər zamanı bir sıra ikitərəfli sənədlər imzalanıb.