Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
21 Sentyabr 2020 10:17
2 058
Son zamanlar müəllimlərin informasiya bacarığının artırılması üzərində işləyirik. Əvvəl bunu müəllim özü öz üzərində öyrənirdi, sonra isə keçdiyi fənlər vasitəsilə uşaqlara təlqin edirdi.
Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu Trend-in "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinə müsahibəsində deyib.
Onun sözlərinə görə, təhsilin keyfiyyəti dedikdə vurğunu daha çox uşaqların fənn biliklərinin yiyələnməsinin üzərinə qoyurduq:
“Haqsız olaraq, unudurduq ki, məktəbin birinci missiyası vətəndaş formalaşdırmaqdır. Vətəndaş formalaşdırılarkən yalnız təlim deyil, tərbiyə də rol oynayır. Məktəbdə bu, belə deyilmir ki, mən indi sizə fizika keçəcəyəm, sonra isə tərbiyə edəcəyəm. Biz fizika, yaxud ədəbiyyat keçə-keçə uşaqları tərbiyə edirik. Müəllim özünün davranışı, ünsiyyət mədəniyyəti ilə uşaqları tərbiyə edir. Bu, dərs prosesi müddətində olur”.
16 May 19:46
1 288
16 May 10:39
1 435
15 May 18:39
1 708