İSESCO-nun baş direktorundan çağırış Hadisə

İSESCO-nun baş direktorundan çağırış

"Beynəlxalq ictimaiyyət ermənilərin Xocalıda törətdiyi soyqırımı pisləməlidir"
İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri beynəlxalq ictimaiyyəti 1992-ci ilin fevralın 26-da ermənilərin Xocalıda törətdiyi soyqırımı pisləməyə çağırıb.
O, ermənilərin bu əməlini insanlığa qarşı cinayət adlandırıb.
APA-nın İSESCO-nun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ə.Əl-Tuveycri BMT Təhlükəsizlik Şurasının erməni işğalına son qoymaqda aciz qaldığını bildirib.
İSESCO baş direktoru qeyd edib ki, II Dünya müharibəsi zamanı bəşəriyyətə qarşı edilmiş cinayətlər 1992-ci ildə tək Xocalıda deyil, həm də islam dünyasının və Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağda təkrar baş verib.
Ə.Əl-Tuveycri Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün beynəlxalq birliyi erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılması üçün lazımi addımlar atmağa çağırıb.