Prezidentin yaralı hərbçilərlə görüşü Ali Baş Komandanla ordu vəhdətinin bariz nümunəsidir - Arzu Nağıyev Hadisə

Prezidentin yaralı hərbçilərlə görüşü Ali Baş Komandanla ordu vəhdətinin bariz nümunəsidir - Arzu Nağıyev

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşadıqlarını bildirdilər.

Bunu mövzu ilə bağlı Real TV-yə açıqlama verən millət vəkili Arzu Nağıyev bildirib.

Deputat deyib ki, Ali Baş Komandan görüş zamanı Ermənistan ordusunun Azərbaycan torpaqlarından qeyd-şərtsiz, tam və dərhal çıxmalı olduğunu, yalnız bu halda döyüşlərin dayandırılacağını bildirdi:

"Cənab Prezidentin Mərkəzi Hərbi Klinik Hospitalda yaralı hərbçilərlə görüşməsi Ali Baş Komandanla ordu vəhdətinin bariz nümunəsidir".

Millət vəkili bildirib ki, bu görüş əsgərlər üçün çox böyük ruh yüksəkliyidir.