NATO Azərbaycan və Ermənistanı səbirli olmağa çağırıb Hadisə

NATO Azərbaycan və Ermənistanı səbirli olmağa çağırıb

NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində Ermənistanın döyüş helikopterinin vurulmasına münasibət bildirib.
APA-nın məlumatına görə, C.Appaturay özünün "Facebook" səhifəsində Ermənistan helikopterinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulması barədə məlumatlardan narahat olduğunu bildirib. "İnsidentin hansı şəraitdə baş verməsindən asılı olmayaraq, hər iki tərəf səbirli olmalı və münaqişənin diplomatik həllinə davam etməlidir", - deyə o vurğulayıb.