Ermənistan sabiq Baş prokurorun ekstradisiyası üçün Rusiyaya müraciət edəcək
İranda “Ana dili” dərsliyini yazmış, Şəhriyarla münasibətləri pozulmuş Azərbaycan şairi - ARAŞDIRMA
“ABŞ-nin prosesdə iştirakının artması regionda geosiyasi balansı genişləndirir”
Azərbaycandan keçən nəqliyyat dəhlizlərilə daşınan yüklərin həcmi açıqlanıb
22 Oktyabr 2020 08:53
1 974
Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayın müdafiə sahəsinə endirilən artilleriya zərbələri nəticəsində düşmən ölən və yaralanan olmaqla çoxlu sayda itki verib. Alayın 3-cü taborunun komandiri Robert Hambartsumyan itkin düşüb, taborun qərargah rəisi isə məhv edilib. Yeraltı sığınacağın sıradan çıxarılması nəticəsində düşmənin şəxsi heyət arasında xeyli itki olub.
Müdafiə Nazirliyindənverilən məlumata görə, 543-cü alayın müdafiə sahəsinə vurulan atəş zərəri nəticəsində şəxsi heyət arasında xeyli itki var. Alay komandiri yaralanıb, onun müavini, tabor komandiri Araik Hovakimyan, onun müavinləri, minaatan batareyası və bölüyünün komandirləri məhv edilib. 1-ci taborun bir bölüyünün şəxsi heyəti döyüşə girməkdən imtina edib.
Hazırda bütün cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.