“Müşahidəçilər üçün yaddaş” kitabçası nəşr edilib Hadisə

“Müşahidəçilər üçün yaddaş” kitabçası nəşr edilib

Mərkəzi Seçki Komissiyası (MSK) 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində "Müşahidəçilər üçün yaddaş" kitabçası hazırlayıb. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında məqsəd bələdiyyə seçkilərini izləyəcək müşahidəçiləri məlumatlandırmaqdır. Yaddaş kitabçasında müşahidə aparılmasının prinsipləri əks olunub, eyni zamanda, müşahidəçilərin hüquq və vəzifələri ətraflı şəkildə izah edilib. Yaddaş kitabçası Seçki Məcəlləsi və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.