11 İyul 18:36
Azərbaycanın güləşçisi U-20 Avropa çempionatında qızıl medal qazanıb
FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təlim keçirdi - FOTO/ VİDEO
Pakistanın xarici işlər naziri iranlı həmkarı ilə regional gərginliyi müzakirə etdi
Dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı test imtahanı keçirilir
30 Noyabr 2020 09:20
1 939
İşğal altından azad olunan ərazilərimizdə daha bir avtomobil yolunun çəkilməsi üzrə layihələndirmə işlərinə başlanılıb.
Bunu açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
O bildirib ki, yeni qurulacaq yol Horadiz-Mincivan-Ermənistan sərhədi avtomobil yoludur: "Yol ümumilikdə Hacıqabul-Horadiz-Mincivan-Ermənistan sərhədi avtomobil yolu olacaq. Hacıqabuldan Horadiz istiqamətində ikinci dərəcəli yol yenidən qurulub və normal vəziyyətdədir. Horadizdən Ermənistan sərhədinə qədər avtomobil yolu isə torpaqlarımız işğal altında olarkən dağıdılıb və bərbad vəziyyətə salınıb. Ərazidə yeni yolun tikintisinə ehtiyac var. Layihələndirmə başa çatandan sonra aidiyyəti qurumlara təqdim ediləcək. Layihə təsdiq olunandan sonra inşaat işlərinə başlana bilər".
A. Nəcəfli deyib ki, bu yol həmçinin gələcəkdə Ermənistan sərhədindən Naxçıvan istiqamətinə də çəkilə bilər.
11 İyul 19:21
1 106
11 İyul 16:27
1 309
11 İyul 16:02
1 295