Fazil Mustafa: “Pulsuz hüquqi yardım gəlir meyarına əsaslanmalıdır”
"Turan"ın baş məşqçisi Ziya Rəcəbov: "Xorvatiyadakı oyun istədiyimiz kimi alınmadı"
“Ombudsman institutunun gücü vətəndaşın hüququ pozulduqda ölçülür” – Zahid Oruc
Hicran Hüseynova: “Pulsuz hüquqi yardımın əhatə dairəsi genişləndirilir”
Kamran Əliyev Kamerun və Banqladeşin korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərləri ilə görüşüb
8 Dekabr 2020 17:50
2 919
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Vətən müharibəsində 2783 nəfər şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, bu günədək 2723 şəhidimiz dəfn edilmişdir.
Bu barədə Müdafiə Nazirliyindən Trend-ə məlumat verilib.
Qeyd edilib ki, dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.
İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir.
Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı