Rusiyanın “Rossiya 1” telekanalında Azərbaycana qarşı təxribat Hadisə
- 8 Dekabr 2014 16:30
- 742
Rusiyanın "Rossiya 1" telekanalında yayımlanan "Vladimir Solovyovla bazar axşamı" verilişində Azərbaycana qarşı təxribata yol verilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ukraynadakı siyasi vəziyyətə, Donbas və Luqansk vilayətlərində baş verən proseslərə həsr olunmuş verilişdə aparıcı Vladimir Solovyov Dağlıq Qarabağdan söhbət açıb.
Belə ki, qondarma "Donetsk və Luqansk xalq respublikaları"nın mövcudluğu və gələcək perspektivləri müzakirə olunan zaman Rusiya Dövlət Dumasının sabiq deputatı, tanınmış politoloq Boris Nadejdin Donetsk və Luqanskın heç bir zaman müstəqil siyasət həyata keçirə bilməyəcəyini, orada yaşayanların iqtisadi vəziyyətinin heç vaxt düzəlməyəcəyini söyləyib.
O, həmin ərazilərin Rusiyaya, ya da Ukraynaya tabe olmasının vacibliyini bildirib. Bu zaman aparıcı V. Solovyov "Bəs Dağlıq Qarabağ bu gün necə mövcuddur?" sualı ilə B. Nadejdinə müraciət edib. Politoloq Dağlıq Qarabağın bir dövlət kimi mövcud olmadığını, həmin ərazilərin de-fakto Ermənistanın tərkib hissəsi olduğunu bildirib. V. Solovyov isə buna etiraz edərək Dağlıq Qarabağın "müstəqil" olduğunu əsaslandırmağa çalışıb, vaxtilə ora baş çəkdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, V. Solovyov ermənipərəst mövqeyi ilə tanınıb. Hələ 2011-ci ilin noyabrın 1-də aparıcısı olduğu "Vesti FM"də yayımlanan "Utro s Vladimirom Solovyovım. Polnıy kontakt" proqramında Azərbaycan dövləti və Azərbaycan xalqının ünvanına qeyri-etik ifadələr səsləndirib.
Dekabrın 7-də Rusiyanın dövlət kanalında V. Solovyov tərəfindən Azərbaycana qarşı edilən bu təxribat iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlmir. Azərbaycan və Rusiya prezidentlərinin yürütdüyü siyasət nəticəsində iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və tərəflər qarşılıqlı maraqlara əsaslanan bu münasibətləri daha yüksək səviyyəyə qaldırmağın vacibliyini dəfələrlə vurğulayıblar.
Şübhəsiz ki, erməni və rus xalqlarının dostluq münasibətlərinin inkişafına və möhkəmləndirilməsinə görə Ermənistan prezidenti Serj Sarkisyanın tərəfindən fəxri medalla təltif olunan V. Solovyovun bu cür təxribatları təsadüfi deyil.

-
Avstraliya İrana qarşı sanksiyaları genişləndirib
-
Tramp zarafat edərək atışma səbəbilə qolf oyununun raundunu bitirmədiyini deyib
-
Bakıda bəzi prospekt və küçələrdə svetoforlara “yaşıl dalğa” tətbiq edilir
-
Yaponların 26%-i sabiq müdafiə nazirinin baş nazir postuna namizədliyini dəstəkləyib
-
Trampa sui-qəsddə şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib
-
Kəşfiyyat İran tərəfindən sui-qəsd təhlükəsi ilə bağlı Trampa məlumat verib
-
"Putinin təşəbbüsü Ukraynanı qorumaq üçün son şansdır"
-
Bayden Trampın təhlükəsizliyini təmin etmək üçün göstəriş verib
-
ABŞ ordusu Yəməndə husilərin raket sistemini məhv edib
-
Harris Trampa qarşı baş vermiş sui-qəsd cəhdinə münasibət bildirib
-
Tramp insident zamanı zərər görmədiyini deyib
-
FTB Trampın yaxınlığında baş verən atışmanı sui-qəsd cəhdi kimi qiymətləndirir
-
Ukrayna PUA-lara qənaət etmir
-
Bu gün Azərbaycanda ilk dərs günüdür
-
Rusiya Ukrayna canlı qüvvəsinə və zirehli texnikasına hücum edib
-
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Vüqar Rəhimzadə: Şvabe kimilər anti-Azərbaycan dairələrin cızdıqları ssenarinin oyunçularıdır
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - YENİLƏNİB
-
Bakıda külək əsəcək, rayonlarda şimşək çaxacaq - PROQNOZ
-
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
-
Türkiyənin kəşf edilməyən cənnətləri : Tarixi kəndlər
-
Temperatur 3-6 dərəcə enəcək, intensiv yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Overçuk: Azərbaycanla Ermənistan arasında kommunikasiyanın açılması 10 noyabr bəyanatı çərçivəsində mümkündür
-
Prezident Fatma Səttarovanın vəfatı ilə bağlı başsağlığı verib
-
Azərbaycan nefti ucuzlaşıb
-
Sabah bəzi yerlərdə leysan olacaq, dolu düşəcək - PROQNOZ
-
NATO baş katibi: Rusiya ilə dialoq bərpa olunmalıdır
-
Mediada ədəbi dilin qorunmasına çağırış
-
Qlobal təcrübədən yerli təsirə: Qızları gücləndirməyə yönəlmiş mentorluq hekayəsi
-
Xətai rayonunda birincilərlə görüş keçirilib - FOTO
-
Fransa XİN rəhbəri Ermənistana səfər edəcək
-
Nöqsanlara görə 64 məktəb direktorunun müqaviləsi uzadılmayıb
-
MSK 6 namizədin müraciəti üzrə DSK qərarlarını qüvvədə saxlayıb, 5 məntəqədə nəticələr etibarsız sayılıb - YENİLƏNİB
-
MSK deputatlığa namizəd Vəfa Nağıyevanın 70 saylı Neftçala Seçki Dairəsi üzrə müraciəti ilə bağlı qərar qəbul edib
-
Azərkosmos Nigeriyada ödənişli televiziya yayımı təşkil edəcək
-
AMEA şəhidlərlə bağlı “Vikipediya”da yaradılan məqalələrin silinməsi ilə bağlı açıqlama yayıb
-
“Qərb siyasətinin xristian səlibçiliyi yeni forma alıb”
-
Azərbaycanda benzin və dizel istehsalı artıb - CƏDVƏL
-
MSK 5 namizədin müraciəti üzrə DSK qərarlarını qüvvədə saxlayıb, 4 məntəqədə nəticələr etibarsız sayılıb
-
“Ənənəvi ABŞ siyasəti və təcrübəsi ilə üz-üzəyik”
-
Azərbaycanda səkkiz ayda 1,5 tona yaxın qızıl istehsal edilib
-
İspaniyada Fələstinin müstəqil dövlət kimi tanınması ilə bağlı müzakirə aparılıb
-
“Vaşinqtonun göstərişi ilə Seul və Tokio hədəf oxlarını Azərbaycana qarşı tuşlayıb”
-
“Şvabe də istifadə olunub bir kənara atılacaq”
-
“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində - FOTO
-
İctimai iaşə dövriyyəsi 9% artıb
-
Bu il 1928 əkiz, 84 üçəm, 4 dördəm doğulub
-
Bu ilin 7 ayında 27 minə yaxın nikah, 12 mindən çox boşanma qeydə alınıb
-
“Şahdəniz” qazının ixracı artıb
-
Azərbaycanda əhalinin sayı açıqlanıb
-
Azərbaycanda informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 13% artıb
-
COP29 çərçivəsində Bakıda mədəniyyət nazirlərinin görüşü keçiriləcək
-
Gəncədə "Nizami klassik musiqidə" adlı gecə təşkil olunub
-
Bakı Metropoliteni: Maliyyə və digər məsələlərin həllindən sonra "Həzi Aslanov" stansiyasında təmirə başlanılacaq
-
Metronun “Həzi Aslanov”-”Dərnəgül” istiqamətində qatarların çoxu yeni olacaq
-
Bakı metrosuna iki yeni qatar gətirilib
-
Azərbaycanda əhalinin gəlirləri 6% dən çox artıb
-
MSK Mustafa Hacılının müraciəti barədə qərar verib
-
“Zelenski cəsarət və müdriklik nümayiş etdirməlidir”-Qüdrət Həsənquliyev
-
“AzerGold” QSC tərəfindən icra edilən layihə uğurla sona çatıb