

14 Oktyabr 14:55
AYNA: Daha bir neçə şəhərlərarası marşrut üzrə keçirilmiş müsabiqələrin qalibləri müəyyənləşib
Hərbi qulluqçular əyani təhsil müddətində sərəncamda olacaqlar
Putin və Əhməd əl-Şaraa Rusiya hərbi bazalarının taleyini müzakirə edəcək
Rusiya AİHM-in Gürcüstana təzminat ödənilməsi qərarını yerinə yetirməyəcək
Gələn ilin əvvəlindən Azərbaycanda QAZ avtomobillərin yığılmasına start veriləcək.
Bunu "APA-Economics"ə "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.
Onun sözlərinə görə, zavod artıq tam hazırdır və hazırda texniki sazlama işləri aparılır: "Gələn ilin əvvəlindən istehsal prosesinə start veriləcək".
Qeyd edək ki, zavodunun yaradılması barədə memorandum "Azermaş"la Qorki Avtomobil Zavodu (QAZ) arasında 2018-ci ilin aprel ayında imzalanıb.
Hacıqabulda fəaliyyət göstərəcək zavodda ildə 1 000 avtomobilin yığımı nəzərdə tutulur. İstehsal Qorki Avtomobil Zavodunun texnoloji tələblərinə və keyfiyyət standartlarına uyğun şəkildə təşkil ediləcək.
Qorki Avtomobil Zavodu Azərbaycandakı zavoda nəqliyyat vasitələri dəstinin tədarükünü təşkil edəcək, "Azərmaş" mütəxəssislərini yetişdirəcək, sertifikatlaşdıracaq, lazımi sənədləri və lisenziyaları təmin edəcək.
Müəssisədə "QAZel NEXT" və "QAZel Biznes" yüngül ticarət avtomobilləri, eləcə də "QAZon NEXT" orta yük maşınları yığılacaq. QAZ avtomobillərinin baza modellərinə əsaslanaraq gələcəkdə təcili yardım və bələdiyyə xidməti üçün nəqliyyat vasitələri, məktəb mikroavtobusları da daxil olmaqla müxtəlif növ xüsusi avadanlıqların istehsalının təşkili planlaşdırılır.