“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
30 Dekabr 2020 12:17
1 694
"COVID-19 virusu əsasən hava-damcı yolu vasitəsilə yayılır. Bu səbəbdən hamiləlik zamanı COVID-19-a yoluxma halı baş verərsə, virusun ana bətnindəki körpəyə keçmə ehtimalı minimaldır".
Bunu Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova hamilə qadınlara və analara COVID-19 riski ilə bağlı tövsiyəsində deyib. O bildirib ki, hamiləlik infeksiyaya meyilliliyi artmır və xəstəliyin klinik gedişatını ağırlaşdırmır, infeksiyalaşmış anaların əksəriyyəti sağalır:
"Hamilə qadınlarda COVID-19 klinik əlamətləri hamilə olmayan şəxslərlə eynidir. Lakin hamilə qadınlarda COVID-19-la əlaqəli ağır fəsadlaşma baş verdikdə intensiv terapiya şöbəsinə hospitalizasiya və ekstrakorporal membran oksigenasiya zərurəti yarana bilər.
Ana südü ilə virusun yoluxması sübut olunmayıb. Lakin əmizdirmə zamanı ana ilə körpə arasında məsafə az olduğundan hava-damcı yolu ilə yoluxma mümkündür. Bu zaman anaların tibb maskadan istifadəsi tövsiyə olunandır. Ana südündə passiv anticisimlər və digər infeksiya əleyhinə faktorlar olduğundan döşlə əmizdirmə alqışlanmalıdır".
Onun sözlərinə görə, ABŞ-ın bəzi xəstəxanalarında protokola uyğun COVID-19 ağır gedişatlı hamilələrdə remdezivirindən istifadə olunu:
"Remdezivir SARS-CoV-2-nin vitro və digər koronoviruslara təsir edən yeni nukleotid analoqudur. Ebola və Marburq virus xəstəliyi olan hamilələrdə istifadə olunmuş və döl üçün hər hansı bir toksik təsiri haqqında məlumat olmamışdır. Lakin randomizə olunmuş klinik tədqiqat COVID-19 pandemiyası zamanı hamilə və süd verən analara bu dərmanın istifadəsini istisna edib. Bəzi tədqiqatlarda lopinavir – ritonavir (adətən İİV infeksiyalı hamilələrdə) istifadə edilir. Ciftdən keçir və vaxtından əvvəl doğuş riskini artırır. Lakin insanlarda teratogen effekt qeydə alınmayıb. COVID-19 da olunan ribavirin və barisitinib kimi vasitələr tertogen effektə malikdir.
Ana xəstə olduğu halda bilavasitə kontaktın azaldılması məqsədi ilə yenidoğulmuşu sağılmış ana südü digər sağlam şəxs tərəfindən, gigiyena qaydalarına riayət edərək, qidalandırılması tövsiyə edirilir".
1 Noyabr 17:46
1 701
1 Noyabr 14:21
1 701
31 Oktyabr 20:55
2 128