“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
30 Dekabr 2020 19:31
3 115
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün ölkəmizin bölgələrində 60-dək fərdi yaşayış evi şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edildi.
Nazirlikdən verilən məlumata görə, yeni fərdi yaşayış evləri ilə təmin edilən şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər Zəfər ili olan 2020-ci ildə sosial təminatlarının gücləndirilməsi sahəsində aparılan işlərdən razılıqlarını diqqətə çatdırıblar. Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın, dövlətimizin qarşıdakı dövrdə də yeni-yeni qələbələrə nail olacağına əminliklərini bildiriblər. Onlara göstərilən yüksək qayğıya, yeni fərdi yaşayış evləri ilə təmin olunduqlarına görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Prezident İlham Əliyevin uğurlu sosial siyasəti vətəndaş rifahının təminatına, xüsusilə əhalinin həssas qruplarının həyat şəraitlərinin yaxşılaşdırılmasına xidmət edir. 30 ilə yaxın işğal altında qalmış ərazilərimizin azad edilməsi kimi möhtəşəm Zəfərimizlə əlamətdar olan 2020-ci ildə də sosial müdafiə sahəsində mühüm irəliləyişlərə nail olunub.
Cari ildə 1450 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib. Yaxın günlərdə bir sıra bölgələrimizdə də yeni fərdi evlər veriləcək. Ümumilikdə, bu vaxta qədər 9 100-dən çox şəhid ailəsi və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxs evlə təmin olunub. Eyni zamanda, 2020-ci ildə 400 avtomobilin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə və onlara bərabər tutulanlara təqdim edilməsi proqramı da tam icra olunub.
Ümumilikdə, pandemiya ilə bağlı məhdidiyyətlərə baxmayaraq, 2020-ci il üçün nəzərdə tutulan bütün sosial müdafiə və aktiv məşğulluq proqramlarının uğurlu icrası və daha da genişləndirilməsi, sosial ödənişlərin davamlılığı təmin olunub. Əlavə olaraq, pandemiya dövründə sosial dəstək paketi icra edilib. Postmüharibə dövrü üzrə də geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
1 Noyabr 17:46
1 701
1 Noyabr 14:21
1 701
31 Oktyabr 20:55
2 128





