Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
5 Yanvar 2021 12:16
2 331
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü, institutun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev və şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifovun həmmüəllifi olduqları “COVID-19 pandemiyasının yayılmasının izlənilməsi üçün qrafik modelləşdirmə” (“Graph modelling for tracking the COVID-19 pandemic spread”) adlı məqalə “Infectious Disease Modelling” jurnalında dərc olunub.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutundan APA-ya verilən məlumata görə, məqalədə modelləşdirmə yoluxucu xəstəliklərin təsirinin azaldılmasının ən yaxşı strategiyalarının müəyyənləşdirilməsi üçün geniş istifadə olunduğu bildirilib. Qeyd olunub ki, hazırda COVID-19 infeksiyasının yayılması kimi kompleks sistemin modelləşdirilməsi aktual mövzulardandır.
“Tədqiqatın məqsədi COVID-19 infeksiyasının yayılmasının qrafik modelləşdirilməsidir. Məqalədə xəstəliyin əsas xüsusiyyətləri və onun yayılmasına təsir edən amillər analiz edilir. Xəstəliyə yoluxmuş insanla təmas zamanı sosial məsafəni və onun yerləşdiyi məkana görə demoqrafik xüsusiyyətləri nəzərə almaqla, COVID-19 epidemiyasının konseptual modeli təklif olunur. Eksperimental tədqiqatda COVID-19 infeksiyasının epidemoloji xarakteristikaları nəzərə alınaraq virusun yayılma ssenarisi üzrə ilk yoluxma halı qeyd olunduğu andan virusun insandan insana ötürülməsi prosesinin qraf modeli qurulmuş və vizuallaşdırılıb”, - deyə məqalədə qeyd olunub.