“Məktəblərdə aqressiyanın kökü cəmiyyətdədir”
27 Oktyabr 16:10
27 Oktyabr 16:10
27 Oktyabr 15:06
27 Oktyabr 12:49
27 Oktyabr 12:16
12 Yanvar 2021 16:59
2 079.jpg)
Keçmiş məcburi köçkünlər üçün inşa edilən mənzillərin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi işləri aparılır.
Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli deyib. Onun sözlərinə görə, bu böyük bir proqram olmaqla şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olanların evlə təminatında çox mühüm bir irəliləyiş olacaq:
"Prezident İlham Əliyev Vətən müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin doğmalarına, yaxınlarına da evlər veriləcəyini bəyan edib. Keçmiş köçkünlər üçün azad edilmiş yurd yerlərində evlərin tikiləcəyini, onlar üçün inşa olunmuş mənzillərin isə şəhid ailələrinə verilməsini tapşırıb. Dövlət başçısının göstərişi ilə inşa olunmuş həmin mənzillərin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi işləri aparılır. Təbii ki, bu böyük bir proqram olmaqla şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olanların evlə təminatında çox mühüm bir irəliləyiş olacaq".
27 Oktyabr 19:10
889
27 Oktyabr 19:09
938
27 Oktyabr 18:42
945