17 Noyabr 11:44
17 Noyabr 10:22
14 Yanvar 2021 15:56
1 701
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirləri davam etdirilir. Xarici ölkələrdən Azərbaycana idxal edilən yeyinti məhsulları AQTA tərəfindən risk əsaslı ekspertizaya cəlb edilir.
AQTA-dan verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində 12 yanvar tarixində “Tiflis Bazar” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Gürcüstan Respublikasından ölkəmizə idxal olunan “Gudauri” əmtəə nişanlı mineral suyundan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarında müayinə edilib. Aparılan müayinələr nəticəsində mineral suda mezofil aerob və fakultativ-anaerob mikroorqanizmlərin miqdarının normadan çox olduğu, məhsulların qüvvədə olan texniki normativ sənədlərin tələblərinə cavab vermədiyi müəyyən olunub.
Bununla bağlı olaraq istifadəyə yararsız “Gudauri” əmtəə nişanlı 0.25 litrlik qablaşdırmada ümumi sayı 570 ədəd, 1.5 litrlik qablaşdırmada ümumi sayı 192 ədəd mineral su məhsulu partiyası “Təhlükəli Tullantılar” poliqonunda Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.
17 Noyabr 19:35
945
17 Noyabr 19:35
903
17 Noyabr 19:03
924