Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
18 Fevral 2021 16:05
2 975
Media nümayəndələrinin bu gün Laçın rayonuna mediaturu təşkil olunub.
APA-nın əməkdaşının verdiyi məlumata görə, onlar “Güləbird” Su Elektrik Stansiyasına (SES) baxış keçiriblər.
Erməni barbarları burada da öz xislətlərini ortaya qoyublar. Erməni qəsbkarları işğal dövründə digər yerlər kimi, bu stansiyanı da darmadağın ediblər.
Güləbird kəndi işğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin tapşırığı ilə SES qısa müddət ərzində istismara verilib.
Jurnalistlər stansiyasının iş rejimi ilə tanış olub, SES-in fəaliyyəti barədə onlara məlumat verilib.
Bildirilib ki, 8 meqavat gücündə olan “Güləbird” SES təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. SES-də istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.
Bu stansiya işğaldan azad olunmuş ərazilərdə infrastrukturun yaradılması və nəzərdə tutulan digər işlərin həyata keçirilməsi baxımından böyük önəm daşıyır.
Qeyd edək ki, “Güləbird” Su Elektrik Stansiyası fevralın 14-də istifadəyə verilib. Stansiyanı Prezident İlham Əliyev işə salıb.
Bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsi olduğundan onun istismara verilməsi tarixi və əlamətdar hadisə hesab olunur.
25 Sentyabr 18:21
973
25 Sentyabr 17:17
721
25 Sentyabr 17:16
679