26 Dekabr 21:04
26 Dekabr 20:22
4 Mart 2021 10:35
2 296
Ağdam rayonunun Novruzlu kəndində minaya düşən idarə rəisi Hafiz Əzimzadənin vəziyyəti stabilləşib.
Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev bildirib.
O qeyd edib ki, yaralı əməliyyat olunub: "Hafiz Əzimzadənin sağ ayağının bir hissəsi amputasiya olunub, hazırda özünü yaxşı hiss edir. Xəstənin vəziyyəti mütəmadi nəzarətdə saxlanılır".
Xatırladaq ki, martın 3-də saat 15 radələrində Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi, 1967-ci il təvəllüdlü Hafiz Əzimzadə su quyularının bərpası işləri ilə məşğul olan zaman rayonun işağldan azad edilən Novruzlu kəndində minaya düşüb. Nəticədə idarə rəisinin sağ ayağının topuqdan aşağı ətrafı amputasiya edilib, digər çoxsaylı xəsarətlər alıb. Yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
10:14
700
26 Dekabr 21:03
1 190
26 Dekabr 20:09
1 771