21 Sentyabr 18:58
21 Sentyabr 17:37
21 Sentyabr 17:36
Səudiyyə Ərəbistanı Nəcran bölgəsi üçün "təcili" xəbərdarlıq etdi
Sabahdan Fomula 1-ə görə 5 məktəbdə tədris onlayn təşkil ediləcək
Müdafiə Sənayesi Nazirliyi: Yeni texnologiyaların inkişafına üstünlük veririk
Ötən il Azərbaycanda təkrar mənzil bazarında 41 606 mənzilin alqı-satqısı həyata keçirilib
10 Mart 2021 11:08
1 659
İsmayıllı rayonu Cülyan kənd icra nümayəndəliyinin inzibati binasından 1700 manat dəyərində kompüter dəsti naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinə məlumat daxil olan kimi hadisə yerinə baxış keçirilib. “İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş İsrəfil Alızadə saxlanılıb. Oğurladığı kompüterlər isə Quşencə kəndində yaşadığı evdən götürülərək maddi sübut kimi istintaqa təqdim olunub.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
