“Bu, iqtisadi inkişafa töhfə verəcək”
10 Sentyabr 19:15
10 Sentyabr 19:15
10 Sentyabr 11:29
10 Sentyabr 10:43
9 Sentyabr 23:45
19 Mart 2021 09:22
1 421
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində Əfv sərəncamının icrasına başlanılıb.
Prezident İlham Əliyevin martın 18-də imzaladığı əfv Sərəncamı 625 məhbusa şamil olunub. Onlardan 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər cəzadan azad edilib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 3 nəfər cəzadan azad edilib.
Həmçinin sərəncamla azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər, islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad edilib.
Sərəncam 6 xarici ölkədən 23 şəxsə də şamil olunub.
10 Sentyabr 22:20
560
10 Sentyabr 17:15
805
10 Sentyabr 14:17
791