JuHİ rəhbərliyi deputatlarla media mühitini müzakirə edib Hadisə

JuHİ rəhbərliyi deputatlarla media mühitini müzakirə edib

Jurnalistlərin Həmkarlar İttifaqı İdarə Heyətinin üzvləri Azərbaycan jurnalistlərinin hüquqlarının qorunması mexanizmlərinin təkmilləşdirilməsi, onların sosial rifah halının inkişaf etdirilməsi yönündə qanunvericilik təşəbbüsləri hazırlamaq üçün Azərbaycan parlamentinin üzvləri ilə görüşlərə başlayıblar. İlk görüş Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədr müavini Aydın Mirzəzadə və Milli Məclisin üzvü Qənirə Paşayeva ilə keçirilib.
JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, keçirilən görüşlərdə Azərbaycanda media mühiti, jurnalist hüquqlarının qorunması, sosial inkişaf yönündə atılan addımlar və sair məsələlər müzakirə edilib. Jurnalistikanın spesifik yaradıcılıq sahəsi olduğuna diqqət çəkən JuHİ təmsilçiləri bu spesifikliyin əmək qanunvericiliyində əks olunmasına zərurət yarandığını vurğulayıblar. Millət vəkilləri mətbuat nümayəndələrinin sosial rifah halının yaxşılaşdırılmasına və media işçilərinin peşəkarlıının artırılmasına yönəlmiş təklifləri dəstəkləməyə hazır olduqlarını bildiriblər. JuHİ sədri Milli Məclis üzvlərilə görüşlərin davam etdiriləcəyini bildirib. Məlumat üçün bildirək ki, görüşlərdə JuHİ sədrini təşkilatın İdarə Heyətinin üzvləri Seymur Verdizadə və Niyaz Niftiyev müşayət ediblər.