Yardımlıda COVID-19 qarşı  hamı məsuliyyətlə davranır Hadisə

Yardımlıda COVID-19 qarşı  hamı məsuliyyətlə davranır

Bir ildən çoxdur ki, dünyanı qara kabus kimi cənginə alan COVID-19 pandemiyasının hələ ki, qarşısını almaq olmur. Son günlər isə onun yoluxma dairəsi bir qədərdə artıb. Buna görə də “taclı düşmənə” qarşı indiki vaxtda hamı məsuliyyətlə davranmalıdır. Yəni dövlət tərəfindən irəli sürülən bütün göstərişlər hər kəs tərəfindən sözsüz yerinə yetirməlidir.
Bu baxımından dağ rayonu olan Yardımlıda virusun insanlar arasında yayilma qarşısını alınması məqsədilə burada profilaktik tədbirlər ara vermir, hər gün əhali arasında ciddi maariflənmə işləri aparılır. Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargahın üzvləri, mobil qruplar əhalinin sıx olduğu yerlərdə, ticarət obyektlərində, eləcə də fəaliyyətinə icazə verilmiş digər sosial obyektlərdə monitorinqlər həyata keçirirlər. Reydlər zamanı sahibkarlarla və ayrı-ayrı vətəndaşlarla aparılan söhbətlər zamanı, onlara Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydaların gözləməyin vacibliyi bildirilir, mütləq şəkildə tibbi maskadan düzgün istifadə olunması, sosial məsafənin qoruması, təmizlik qadalarına daim əməl edilməsi, ən əsası sağlamlıq ocaqlarına gedib vaxtında vaksinasiya prosesindən keçməsi barədə xəbərdarlıq edilir.

Zəfər