5 Dekabr 22:04
5 Dekabr 21:38
13 Aprel 2021 18:26
2 681
“Mədəniyyət”, “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramı aprelin 13-ü üçün nəzərdə tutulan cədvələ uyğun təqdim olunub.
Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, proqramda Azərbaycan və rus bölmələri üzrə dərslər izlənilib.
Nazirlik dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkan yaradır.
Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Dərs vaxtı”nın “Facebook” səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.
6 Dekabr 14:23
1 407
6 Dekabr 13:33
1 372
6 Dekabr 11:55
2 002