AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: qadın özünü hərəkətdə olan qatarın yoluna atdı
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
19 Aprel 2021 09:44
3 745
Respublikanın ən iri pambıqçılıq rayonu olan Saatlıda cari ilin məhsulu üçün çiyid səpininə başlanılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il Saatlıda 13 min 950 hektar sahədə pambıq əkini aparmaq nəzərdə tutulub. Ötən il ölkə üzrə ən çox “ağ qızıl” istehsal edən pambıqçılar bu il də məhsul istehsalında fərqlənmək üçün bütün lazımi tədbirləri vaxtında həyata keçiriblər. Bu məqsədlə rayonda fəaliyyət göstərən 4 pambıq emalı müəssisəsi ilə 3 min 41 məhsul istehsalçısı müqavilə bağlayıb, 13 min 768 hektar sahədə qış şumu aparılaraq arata qoyulub, suvarma kanalları vaxtında lildən təmizlənib, çiyid səpiləcək sahələrdə malalanıb. Artıq bir neçə gündür ki, rayonda kütləvi çiyid səpininə başlanılıb. Səpin kampaniyasını vaxtında başa çatdırmaq üçün torpaq mülkiyyətçiləri lazımi maşın–mexanizm və ən məhsuldar toxum sortları ilə təmin olunub. İşin yaxşı təşkili nəticəsində az vaxtda 3 min 768 hektar sahəyə toxum səpilib. Fermerlər səpini vaxtında başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.
Qeyd edək ki, ötən il Saatlıda 14 min 141 hektar pambıq sahəsindən 47 min 365 ton məhsul yığılıb. Hər hektarın məhsuldarlığı 33,5 sentner olub. Pambıqçılar cari ildə məhsul istehsalını 50-55 min tona çatdırmağı qarşıya məqsəd qoyublar.