
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi-tədqiqat şöbəsinin təşkilatçılığı ilə professor-müəllim heyəti üçün “Publons” platformasında “Azərbaycanlı alimlər üçün rəyvermə fəaliyyətinin vacibliyi və metodları” adlı vebinar keçirilib. Vebinarda AzMİU-nun 70-ə yaxın əməkdaşı iştirak edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, vebinarın aparıcısı “Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti, linqvistika üzrə fəlsəfə doktoru Lera Kurmakayeva mövzunun müasir zamanda aktuallığını xüsusi qeyd edib. O, “Publons” platforması haqqında geniş məlumat verib, platformada düzgün axtarış və doğru nəticələrin əldə edilməsi ilə bağlı bilgiləri iştirakçıların nəzərinə çatdırıb. Eyni zamanda, ekspert rəylərinin nümunələri, birgə rəyin yazılması, potensial rəyçi kimi jurnalların redaktorları ilə yaxından əlaqə qurmaq və s. haqqında danışıb.