Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
28 Aprel 2021 12:01
3 955
“COVID-19-la bağlı yuxarı risk qrupuna səhiyyə işçiləri daxildir”.
APA-nın məlumatına görə, bunu Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı keçirilən onlayn tədbirdə TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, orta risk qrupuna ictimai nəqliyyatda işləyən insanlar daxildir: “Aşağı risk qrupuna isə ofis şəraitində işləyən, insanlarla çox təmasda olmayan peşələrdə çalışanlar daxildir”.
Y.Qarayeva qeyd edib ki, iş yerlərində qaydalar və prosedurlar iş sahəsindən asılı olaraq yenidən işlənilməli və beynəlxalq qaydalara adaptasiya edilməlidir: “Bəzi yerlərdə məcburi olaraq əlcəklər taxılır. Əlcəkdən düzgün istifadə olunmadıqda isə xəstəlikdən qorumur. Əlcəkdənsə əllərin tez-tez dezinfeksiyası bizi xəstəlikdən daha yaxşı qoruyar”.
Departament müdiri müəssisə rəhbərlərinə müraciət edib. O qeyd edib ki, hər zaman vaksinasiya nəticəsində insanlar ölümcül xəstəliklərdən azad olub: “Statistikaya əsasən 2021-ci il üzrə Azərbaycanda koronavirusa ən çox yoluxanlar səhiyyə işçiləri olub. İkinci yerdə SOCAR, sonra təhsil işçiləri və dənizçilər arasında daha çox yoluxmalar qeydə alınıb”.
25 Sentyabr 18:21
959
25 Sentyabr 17:17
714
25 Sentyabr 17:16
672