“Türkmənçay” faciəsindən 187 il ötür... Hadisə
Bu müqavilə 1828-ci il fevralın 10-da imzalanıb
1805-ci ilin mayında, eləcə də ondan əvvəl Azərbaycanın tarixi taleyində baş verən hadisələr faciəvi Gülüstan müqaviləsinə, sonda isə Türkmənçay müqaviləsinə gətirib çıxartdı. Nəticədə 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində Azərbaycanın tarixi torpaqları Rusiya və İran arasında bölüşdürüldü. Bu tarix Azərbaycan Türklərinin taleyində ən kədərli günlərdən biridir. Fəlakətli tarixə gəlib çıxıncaya qədər çoxlu itkilərimiz oldu və davam etdi. Tarixçi-alim Vaqif Abışov deyir: "Həmişə olduğu kimi o dövrdə də dünyada vəziyyət hədsiz gərgin idi. Azərbaycanı bu faciəyə gətirib çıxaran ən başlıca səbəblərdən biri vahid dövlətimizin olmaması idi".
Vaqif Abışov Türkmənçay müqaviləsinə qədər olan dövrün ictimai-siyasi vəziyyətini belə xarakterizə edir: "O dövrdə Azərbaycanda mövcud olan xanlıqlar 3 qismə bölünmüşdü. Bunların bir qismi İrana meyl edirdi, bir qismi Rusiyaya sığınmağı əhəmiyyətli sayırdı, qalanları isə Osmanlı imperiyasının himayəsini qəbul edirdi. Bu xanlıqların içərisində elə bir güclü siyasətçi yox idi ki, Azərbaycanı vahid bir hakimiyyətdə birləşdirə bilsin. XIX yüzilin əvvəllərində Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğalına başlanıldı. 1804-cü ilin yanvarında Gəncə xanlığı işğal olundu, orada xanlıq sistemi ləğv edildi. Bundan sonra bir çox xanlıqlar Rusiyaya meyl etməyə başladılar, çünki artıq qorxu prinsipi yaranmışdı. Qorxu həm də Qacarlar sarıdan idi. Gəncə xanlığı işğal olunandan sonra Qarabağ, Şəki və Şamaxı xanlıqları Rusiyanın himayəsinə keçmək haqqında razılığa gəlirlər. Azərbaycanın şimal xanlıqları birləşə bilmədilər. Rusiya bu vəziyyətdən məharətlə istifadə etdi, I Pyotrun vəsiyyətinə uyğun olaraq Azərbaycan xanlıqlarını işğala girişdi.
Azərbaycan xanlıqları öz daxili idarəetmələrini qoruyub saxlamaq istəyirdilər, xaricdən isə Rusiyanın himayəsini qəbul edirdilər. 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahimxəlil xan Rusiya ilə Qarabağ xanlığı arasında bağlanan "Kürəkçay" müqaviləsinə əsasən xarici siyasətdən məhrum oldu, daxildə isə xanlığın idarəetməsini qoruyub saxlamış oldu. Habelə ərazisində rus qoşunlarını saxlamağı öhdəsinə götürdü. Səlim xan İbrahimxəlil xanın qohumu idi. Mayın 21-də Şəki xanlığı da Rusiyanın təəbəliyini qəbul etdi. Şirvan xanı Mustafa xan ruslara qarşı bir az müqavimət göstərdi, ancaq o da Rusiya imperiyasından az sonra bərk ehtiyatlandığından 1805-ci il dekabrın 27-də Rusiyanın himayəsini qəbul etdi, "Kürəkçay" müqaviləsinə qoşulduğunu bəyan etdi, öz ərazisində rus qoşunlarını saxlamağa razı oldu. Bu xanlıqlar habelə hər il Rusiya xəzinəsinə rus manatıyla 8 min çervo xərac verməli idilər. Xanların hər birinə çar generalı rütbəsi verilir, onlara dövlət büdcəsindən əməkhaqqı kəsilirdi".
Azərbaycan yuxarıda adları sadalanan ölkələrin faktiki döyüş, siyasi mübarizə, hərbi münaqişə meydanına çevrilmişdi. Azərbaycanın tarixi taleyində hədsiz gərgin, təhlükəli bir vəziyyət yaranmışdı. Fəlakətli vəziyyətdən artıq qaçmaq mümkün deyildi: "Təbiidir ki, heç bir dövlət o birinə qətiyyən güzəştə getmək istəmirdi. Bu məqamlarda Azərbaycan xanlıqları artıq vəziyyətdən salamat çıxmaq haqqında da düşünməyə başladılar. Amma bəziləri üçün bu, fəlakətlə nəticələndi. Məsələn, Qarabağ xanı İbrahimxəlil xan ruslar tərəfindən qətlə yetirildi. Bu mənada Türkmənçay fəlakətinə qədər olan mərhələdə Azərbaycan xanlıqlarının daxili vəziyyəti son dərəcə gərgin idi. İqtisadiyyat dağılmışdı, xanlıqların həyat tərzi, daxili qaydaları da istər-istəməz dağınıq bir vəziyyətdə idi. Məhz həmin dövrün siyasi ab-havası, başlıcası isə xalqın müqavimət ruhuna yetkin səviyyədə kökləndirilməməsi böyük mənada mübarizəni mümkünsüz etdi. Azərbaycan ayrı-ayrı xanlıqlara parçalanmışdı, daim xanlıqlar arasında müharibələr gedirdi. Hər bir xanlıq özünü tamamilə müstəqil hesab edirdi. Müqavilədən əvvəl ayrı-ayrı Azərbaycan xanları, konkret olaraq Quba xanı Fətəli xan, Şəki xanı Çələbi xan, Urmiyalı Fətəli xan Əfşar, Qarabağ xanı Pənahəli xan ayrı-ayrılıqda Azərbaycanı birləşdirmək üçün xeyli cəhd etmişdilər. Ancaq təəssüf ki, onlar biri-birlərinə mane olublar. Məsələn, Pənahəli xana məqsədini reallaşdırmaqda Güney Azərbaycanda Məhəmməd Həsən xan Qacar, Kərim xan Zənd, eləcə də Şəki xanı Çələbi xan mane olurdu. Hacı Çələbinin Azərbaycanı birləşdirmək istəyinə Pənahəli xan, Gəncə xanlığı, Quba xanlığı mane olublar. Çox təəssüf ki, Azərbaycanın birliyi daxili və xarici səbəblərdən reallaşmadı".
Təəssüf ki, tarixin çox dönəmlərində türklər arasında birlik olmayıb. Babək dövründə, eləcə də sonrakı yüzillərdə, xüsusən Səfəvilər dövründə azərbaycanlıların biri-birinə yadlığının acı nəticələrini görmək mümkündür: "Həmin dövrdə Rusiya nəzərə çarpacaq üstünlüyə malik idi. Onun Cənubi Qafqazda erməni kimi güclü bir dayağı vardı. Ermənilər daim təxribatla məşğul olur, rus hərbi hissələrində xidmət edir, bir sözlə, Rusiya imperiyasının Cənubi Qafqazda qələbələr qazanması üçün əllərindən gələni edirdilər. Azərbaycanın parçalanması 1722-ci ildən Birinci Pyotrun vaxtından üzü bəri başlamışdı. Qarabağ, Şəki, Şamaxı rəsmi şəkildə dinc yolla Rusiyaya birləşdirildi, onlar faktiki olaraq Rusiyanın himayəsini qəbul etdilər, yəni daxildə müstəqil, xarici siyasətdə isə Rusiyadan asılı oldular. Mahiyyətcə belə bir tarixi fəlakət Gülüstan müqaviləsi zamanı reallaşdı. Birinci mərhələdə Azərbaycanın Naxçıvan və İrəvan xanlıqları İranın nəzarətində qalmaq şərtilə, qalan ərazilər Rusiyanın tabeliyinə keçdi. 1813-cü ildən sonra bu tarixi fəlakətə qarşı demək olar, müqavimət olmadı. Əslində müqavimət bu dövrədək olmuşdu. Məsələn, Bakı xanlığı Rusiyaya tabe olmadı. Qafqazda rus qoşunlarının baş komandanı Sisianovun başı Bakı xanı Hüseynqulu xanın qohumu İbrahim xan tərəfindən kəsildi. Gəncə xanı Cavad xanın rus qoşunlarına qarşı uzunmüddətli müqaviməti tarixi hadisəyə çevrilib. 1813-cü ilin 12 oktyabrında imzalanmış Gülüstan müqaviləsindən sonra burada ciddi narazılıq müşahidə edilməməsinin səbəbi o idi ki, artıq əhalinin inadı qırılmışdı".
Xanlıqlara verilən imtiyazlar 1805-ci ildən 1826-cı ilə kimi davam etdi. Bu dönəmən sonra yuxarıda sadalanan güzəştlər də ləğv edildi. Şəkidə 1819-cu ildə, Şamaxıda 1820-ci ildə, Qarabağda 1822-ci ildə, Lənkəranda 1826-cı ildə xanlıq sistemi ləğv edildi, komendant idarəetmə sistemi yaradıldı. "Gülüstan" müqaviləsinə əsasən Güneydə 210 min kv. km ərazi İrana, 130 min kv. km isə Rusiyaya qatıldı. 410 min kvadrat kilometrlik ərazisi olan dövlətimiz əlimizdən çıxdı. 200 ildir ki, o müqavilədən sonra ardıcıl olaraq Azərbaycan faciələrə tuş gəlməkdədir.
Rusiya və İran yurdumuza sahiblənmək üçün bir-birini didsələr də, sonda törətdikləri cinayəti gizlətmək üçün Azərbaycanın adını müqaviləyə salmayıblar. Sanki bölüşdürdükləri Azərbaycan torpaqları deyilmiş. 11 maddədən ibarət müqavilə ilə yurdumuz bölüşdürüldü, düşmənçiliyə son qoymaq üçün bundan sonra əbədi dostluq şəraitində yaşayacaqlarına söz verdilər. A.Bakıxanov "Gülüstani-İrəm"də faciəni belə xatırlayır (sonradan özü də Türkmənçay faciəsini dəstəkləyənlərdən biri oldu): Həmin ilin baharında (1813-cü il) İran dövləti ruslar tərəfindən alınan ölkələri geri qaytarmaqdan naümid oldu. Rum (Osmanlı) barışığı və Xorasanda baş verən iğtişaş nəticəsində şah barışığa meyl göstərdi. Mirzə Əbülhəsən xan Şirazi İran dövləti tərəfindən vəkil edildi. Sərdar Ratişşev də gəldi. Qarabağın Gülüstan adlı yerində, hicri 1228-ci (1813) ildə, təşrin-əvvəl (oktyabr) ayının 12-də Rusiya ilə İran dövlətləri arasında əhdnamə bağlandı. Bu əhdnaməyə görə İran dövləti Gəncə, Qarabağ, Talış, Şəki, Şirvan, Bakı, Quba, Dərbənd xanlıqlarını, bütün Dağıstanı, Gürcüstanı və ona həmhüdüd olan ölkələri Rusiya dövlətinə verdi. Onlar haqqında hər cür iddiadan əl çəkdi. Rusiya imperatoru da öhdəsinə aldı ki, şah hansı bir övladını vəliəhd təyin etsə, ona yardım göstərsin və hüququnu müdafiə etsin".
Vaqif Abışov daha sonra bildirir ki, Türkmənçay müqaviləsi Gülüstan müqaviləsindən sonra Azərbaycanı parçalayan ikinci böyük sənəddir: "Müqavilə ümumilikdə 16 maddədən ibarətdir. Müqavilə çar Rusiyasının Cənubi Qafqazdakı qoşunlarının komandanı, general Paskeviç və Qacar xanədanlığının qoşunlarının baş komandanı, Fətəli şah Qacarın böyük oğlu, Təbrizdə iqamətgahlanmış Azərbaycanın varisi Abbas Mirzə arasında imzalanıb. Sənədin birinci maddəsində 1813-cü il oktyabrın 12-də imzalanmış Gülüstan müqaviləsinin qüvvədən düşdüyü, ikinci maddəsində isə onu Türkmənçay müqaviləsinin əvəz etdiyi bildirilir. Üçüncü maddədə Haxçıvan və İrəvan xanlıqlarının Rusiyaya ilhaq edilməsi məsələsi öz əksini tapıb. Dördüncü maddədə isə ərazi və sərhəd məsələləri geniş şəkildə və incəliklərinə qədər qeyd olunub. Müqavilədə ən önəmli 6-cı maddədir: "Gülüstan müqaviləsində öz əksini tapmamış təzminat məsələsi, yəni müharibə zamanı dəymiş ziyana görə Qacar xanədanlığının çar Rusiyasına 20 milyon gümüş pul ödəməsi barədə öhdəlik qoyulub. Halbuki həmin vaxt Qacar xanədanlığının bu məbləği ödəmək imkanı yox idi. Hətta sənəddə təzminatın ödənilməyəcəyi təqdirdə Güney Azərbaycanın Təbriz, Ərdəbil, Marağa, Xoy, Urmiya və digər ərazilərinin də çar Rusiyasının ilhaqına veriləcəyi barədə şərt qoyulmuşdu. Dünyadakı vəziyyətə baxdığımızda isə Böyük Britaniya Hindistanı müstəmləkəsinə çevirmişdi və Əfqanıstanı öz təsiri altına salmışdı. Ona görə də Rusiya kimi təhlükəli bir imperiyanın müstəmləkə dövlətlərinin sərhədlərinə yaxınlaşmasını istəmirdi. Bu səbəbdən Böyük Britaniya 20 milyon gümüş pulu çar Rusiyasına ödəməsi və sərhədlərin müəyyən qədər uzaqlaşması üçün İrana təcili maliyyə yardımı etməyə başladı. 12, 14 və 15-ci maddələrində əhalinin yerdəyişməsi, daşınmaz əmlakının satılması və daşına bilən əmlakının daşınmasına köməklik göstərilməsi müddəaları öz əksini tapıb, bu müddəalar bir neçə dəfə dəyişdirilib. 15-ci maddə Arazın hər iki tayında yaşayanlara sərbəst hərəkət etməyə imkan verirdi. Azərbaycan xalqının isə yerdəyişməyə ehtiyacı yox idi. Çünki Arazın hər iki tayı öz əzəli torpağı idi. Bu maddə diplomatikcəsinə hazırlanmışdı və ermənilər üçün sərfəli idi. Müqavilədə daha sonra qeyd olunur ki, hər iki ölkənin ticarət gəmilərinin üzməsinə, hansısa bir hadisə baş verdikdə bir-birinə yardım etməsinə icazə verilir. Xəzər dənizində Rusiyadan başqa heç bir ölkənin hərbi donanma saxlamasına və hərbi gəmilərinin üzməsinə icazə verilmir. Təbii ki, bu da İrana və Böyük Britaniyanın özünə də böyük zərbə idi".
Uğur