Azərbaycanda yeni qurum yaradılı Hadisə

Azərbaycanda yeni qurum yaradılı

Prezident İlham Əliyev "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Balababa Hüseynağa oğlu Rzayev "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Qeyd edək ki, Baba Rzayev bu günədək "Bakıelektrikşəbəkə"nin sədri idi.
Prezidentin sərəncamına əsasən, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Resrublikasının ərazisində elektrik eneryisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik eneryisi ilə təchizatını həyata keçirəcək. Bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək.
Nazirlər Kabineti iki ay müddətində:
Resrublika ərazisində "Azəreneryi" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik eneryisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə ötürülməsi, o cümlədən istehlakçıların elektrik eneryisi ilə təchizatı üçün zəruri olan və "Azəreneryi" Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlak və digər avadanlıqların "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi üçün tədbirlər görsün;
"Azəreneryi" Açıq Səhmdar Cəmiyyətinin və "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən dövlət orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan rrezidentinə təqdim etsin;
"Azəreneryi" Açıq Səhmdar Cəmiyyətinin və "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin yeni Nizamnamələrinin və strukturlarının layihələrini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin;
Naxçıvan Muxtar Resrublikası ərazisində isə elektrik eneryisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirilməsi, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirilməsi Naxçıvan Muxtar Resrublikasının Dövlət Energetika Agentliyinə həvalə olunub.