“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
4 İyun 2021 13:18
3 192
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, daxil olan əməliyyat məlumatları əsasında rayon sakinləri Vasif Cəfərov və Novruz Atamoğlanov şöbə əməkdaşları tərəfindən saxlanılıblar. Şəxsi axtarış zamanı hər iki şəxsdən narkotik maddə olan heroin aşkar olunaraq götürülüb.
Keçirilən digər bir əməliyyat zamanı isə rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Əziz Əzizov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahədən xüsusi aqrotexniki qayda ilə qulluq edilərək yetişdirilmiş 22 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar aparılır.
20 Sentyabr 12:03
826
19 Sentyabr 12:36
1 148
18 Sentyabr 21:11
1 330