Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
8 İyun 2021 11:58
1 631
““Ali və Nino” şəbəkəsi iki gənci cəmiyyəti oğru kimi tanıtmaq istəyib”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamal Cəfərov deyib.
Hüquqşünas olduğunu xatırladan deputat bildirib ki, oğurluğun həcmi 100 manat məbləğində deyilsə, bu hal oğurluq kimi qeydə alınmır: “İnzibati Xətanı Nigar Köçərli özü törədir. Oğrular, adətən, kitab oğurlamır, kitab oğurlayan da oğru olmur”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti paytaxtın Səbail rayonunda yerləşən kitab mağazalarının birindən oğurluq edilməsi barədə məlumat yayıb.
Məlumata görə, mağaza rəhbərliyi polisə məlumat verəndən dərhal sonra hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov saxlanılıblar. Onların mağazadan 2 ədəd kitab oğurlaması obyektin müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.
Faktla bağlı saxlanılan şəxslər barəsində araşdırmalar davam etdirilir.
Bu hadisə geniş ictimai rezonans doğurub. Kitab oğurlamaqda təqsirləndirilənlərdən biri Elməddin Süleymanlı məsələ ilə bağlı video-müraciət yayaraq bildirib ki, bu işə 3 gün əvvəl məhkəmədə xitab verilib və onlar bəraət alıblar. E. Süleymanlı sözügedən videonun 3 gün sonra yayılmasını qarşı tərəfin hiddəti ilə əlaqələndirib. Bildirib ki, kitablar yerindəcə qarşı tərəfə təhvil verilib.
25 Sentyabr 18:21
847
25 Sentyabr 17:17
588
25 Sentyabr 17:16
553