Mövlud Çavuşoğlu Xocalı abidəsini ziyarət edəcək Hadisə

Mövlud Çavuşoğlu Xocalı abidəsini ziyarət edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu səfəri çərçivəsində fevralın 26-da Azərbaycan prezidenti ilə birgə Xocalı faciəsinin qurbanlarına həsr olunmuş abidəni ziyarət edəcək.
Bu barədə APA-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib. Mövlud Çavuşoğlunun səfəri bu axşam başlayır.
Səfər çərçivəsində o, Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk Şəhidliyini də ziyarət edəcək.
Mövlud Çavuşoğlunun prezident İlham Əliyev, baş nazir Artur Rasizadə, Milli Məclisin spikeri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulur.
Türkiyəli nazir ADA Universitetində mühazirə ilə çıxış edəcək.
Mövlud Çavuşoğlunun Azərbaycana səfəri fevralın 26-da başa çatacaq.