Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
Magistraturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
Prezident: İşğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalmışdır
14 İyul 2021 15:37
1 400
Narkoloji Mərkəzə müraciət edənlərin siyahısının hər hansısa quruma verilməsi ilə bağlı şayiələr həqiqəti əks etdirmir. Narkoloji Mərkəzdə müalicə alanların siyahısı anonim saxlanılır.
Bunu Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib. Onun sözlərinə görə, anonimlik və konfidensiallıq əsas şərtdir: "Narkotik istifadəçiləri istər-istəməz həyatlarının müəyyən hissəsində cinayətə əl atdıqda hüquq mühafizə orqanlarının onlar barəsində məlumatı olur. Respublika Narkoloji Mərkəzinə müalicə üçün müraciət edənlərin kimliyi isə gizli saxlanılır. Bununla bağlı Nazirlər Kabinetinin qərarı da var. Yalnız hər hansısa bir cinayət olarsa, hüquq mühafizə orqanlarının konkret şəxs haqqında xüsusi sorğusu olarsa, o zaman həmin şəxs barəsində müvafiq quruma məlumat verilir".
13:57
847
13:39
889
13:31
1 428