“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
16 İyul 2021 10:39
3 486
Bərdə Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən 3 şadlıq sarayında pandemiya tələblərinin pozulduğu müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı “Rauf Qoç” və “Ağsaray” şadlıq saraylarında keçirilən toy mərasimlərinin “icazə.e-gov.az” protalında qeydiyyatdan keçmədiyi, “Mətin” şadlıq sarayında toy məclisi zamanı qonaqların müəyyən edilmiş saydan çox olduğu aşkarlanıb.
Baş vermiş qayda pozuntuları ilə əlaqədar restorana cavabdeh şəxslər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.
12:03
742
19 Sentyabr 12:36
1 078
18 Sentyabr 21:11
1 260