Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb Hadisə

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 55 286 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 785, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 501 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 516 987, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 634 015, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 881 9721 təşkil edir.