“Elm və təhsil obyektivdə” foto-video müsabiqəsinin qalibləri mükafatlandırılıb
ƏƏSMN şöbə müdiri: Qanuna edilən dəyişiklik atalıq məzuniyyətindən istifadəyə şərait yaradacaq
Azərbaycan və Oman enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər
“Bibiheybət” Gəmi Təmiri Zavodunun işçiləri fəaliyyətdə olan digər zavodlara köçürüləcək
Lavrov: Rusiya və İran prezidentləri şimal-cənub dəhlizinin tikintisini ətraflı izləyirlər
3 Avqust 2021 12:58
2 198
Deputat Eldəniz Səlimovun toxunulmazlığı ləğv edilib.
Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.
Deputatlar Eldəniz Səlimovun hərəkətinin təəssüf doğurduğunu və Milli Məclisin adına böyük ləkə gətirdiyini diqqətə çatdırıblar.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.
Qeyd edək ki, polis əməkdaşını döydüyü üçün Eldəniz Səlimova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.