

14 Oktyabr 14:55
Səfir: Belarus Azərbaycanla iqtisadiyyatın əksər sahələrində əməkdaşlıq edir
Xırdalanda 19 yaşlı oğlan qətlə yetirilib, həmyaşıdı tutulub
Kreml Putinin bu gün Moskvada Əhməd əl-Şaraa ilə görüşəcəyini təsdiqləyib
Aleksey Overçuk: Azərbaycan Rusiya üçün Asiya və Afrika ölkələrinə, Körfəzə ən qısa yoldur
Aydın Kərimov: Şuşada 2027-ci ilin əvvəlinə kimi 45 bina tikiləcək
“Koronovirusa yoluxma və ölüm hallarıında artım olması cəmiyyətdə narahatlıqlara səbəb olur. Artım dinamikası təkcə Azərbaycanda deyil, qonşu ölkələrdə, ümumiyyətlə son zamanlar dünyanın əksər ölkələrində müşahidə edilir”. Bunu xalqcəbəhsi.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. Millət vəkili əlavə edib ki, bunun səbəbi, ilk növbədə səhlənkarlıq, gigiyenik normalara riayət etməmək və ictimai yerlərdə sosial məsafənin qorunmamasıdır: “Sərt məhdudiyyət rejiminin tətbiq olunması, Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ qərargahın səlahiyyətlərinə aiddir. Aydın məsələdir, əgər yoluxmanın sayı bu templə davam edəcəksə, sərt məhdudiyyət rejiminin tətbiqi qaçılmaz olacaq. Karantin rejiminin tətbiqi isə, iqtisadi fəallığın aşağı düşməsindən tutmuş, bir çox problemlər yaradır ki, bu da arzu olunan hal deyil. İndiki halda, yeganə yol peyvəndlənmədən keçir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi rəyə əsasən kütləvi immunitet yaradılmalıdır. Pandemiya ilə mübarizə milli birlik tələb edir”.
Əli Zülfüqaroğlu