Kamal Abdulla daha bir vəzifəsindən azad edildi Hadisə

Kamal Abdulla daha bir vəzifəsindən azad edildi

AMEA-nın müxbir üzvü Kamal Abdulla AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsindən azad edilib.
AMEA-nın mətbuat xidmətindən modern.az-a verilən məlumata görə, Akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında RH-nin qərarı ilə K.Abdullanı Akademiyanın müxbir üzü Teymur Kərimlinin əvəz edəcəyi açıqlanıb.
Ölkə prezidenti tərəfindən Kamal Abdullanın dövlət müşaviri vəzifəsinə təyin edilməsindən sonra Rəyasət Heyəti belə bir qərar qəbul etdiyi açıqlanıb.
Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev vəzifədən azad olunub.