10 ayda dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 172 mln. manat vəsait daxil olub
Futbolçu qırmızı vərəqə aldıqdan sonra meydana bıçaqla qayıtdı, oyun dayandırıldı
Elektroenergetika sahəsində səmərəliliyinin araşdırılması məqsədilə Komissiya yaradılıb
Prezident hərbi xidmətə çağırış və ehtiyata buraxılma ilə bağlı sərəncam imzalayıb
Mərkəzi Banka sekyuritizasiyaya dair tələbləri, məlumatların dairəsini təsdiqləmək tapşırılıb
22 Sentyabr 2021 14:45
2 114
22 sentyabr 2021-ci il tarixdə Ermənistanla sərhəd olan Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində təmir işləri aparan zaman 1988-ci il təvəllüdlü Məmməd Mərdanov idarə etdiyi traktorla tank əleyhinə minaya düşməsi nəticəsində ölüb.
Qazax Rayon Prokurorluğundan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.