Mərkəzi Banka sekyuritizasiyaya dair tələbləri, məlumatların dairəsini təsdiqləmək tapşırılıb
İspaniyada polis idarəsinin binasına yandırıcı şüşələr atılıb
Çində rüşvət alan sabiq qubernator müavini ölüm cəzasına məhkum edilib
Peskov: Moskva sülh nizamlanması ilə bağlı avropalılarla təmaslara başlayır
15:23
217
Naməlum şəxslər İspaniyanın Palensiya şəhərində yerləşən əyalət polis idarəsinin binasına içərisində yandırıcı qarışıq olan bir neçə şüşə atıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Europa Press" informasiya agentliyi məlumat yayıb.
Milli Polis faktla bağlı araşdırmaya başlayıb. Mənbələrin məlumatına görə, şüşələrdən biri binanın çöl hissəsində kiçik yanğına səbəb olub, lakin xəsarət alan və maddi ziyan yoxdur.
Binanın xarici divarının yaxınlığında içərisində daha bir neçə yandırıcı qarışıq olan şüşənin olduğu ehtimal edilən çanta da aşkarlanıb.
Təhlükəsizlik təhdidi səbəbindən ətraf ərazi mühasirəyə alınıb, piyadaların və avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Məryəm Quliyeva