İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
Mərkəzi Banka sekyuritizasiyaya dair tələbləri, məlumatların dairəsini təsdiqləmək tapşırılıb
İspaniyada polis idarəsinin binasına yandırıcı şüşələr atılıb
Çində rüşvət alan sabiq qubernator müavini ölüm cəzasına məhkum edilib
15:36
259
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2027-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
Sərəncamla 2009-cu ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1997–2008-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2027-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
Həmçinin "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2027-ci il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
15:31
287
14:56
539
14:55
469