İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
Mərkəzi Banka sekyuritizasiyaya dair tələbləri, məlumatların dairəsini təsdiqləmək tapşırılıb
İspaniyada polis idarəsinin binasına yandırıcı şüşələr atılıb
Çində rüşvət alan sabiq qubernator müavini ölüm cəzasına məhkum edilib
15:33
217
Mərkəzi Banka sekyuritizasiyaya dair tələbləri, məlumatların dairəsini təsdiqləmək tapşırılıb.
Bu, Prezident İlham Əliyevin “Qiymətli kağızlar bazarı haqqında” qanuna dəyişikliyin tətbiqi barədə imzaladığı Sərəncamda əksini tapıb.
Sərəncama əsasən, Mərkəzi Bankına tövsiyə edilib ki, aşağıdakı normativ xarakterli aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
- sekyuritizasiya predmetinə dair digər tələbləri;
- xidmət agentinin fəaliyyətinə dair əlavə tələbləri;
- sekyuritizasiyanın predmeti olan aktivlərin reyestrinə daxil edilməli məlumatların dairəsini;
- sekyuritizasiyanın predmeti olan aktivlərin sekyuritizasiya şirkətinə satılması prosesinə dair tələbləri;
- sekyuritizasiya planına dair tələbləri və onun təsdiq edilməsinə dair sənəd və məlumatların dairəsini;
- risklərin idarə edilməsinə dair əlavə tələbləri;
- sekyuritizasiya şirkəti tərəfindən Mərkəzi Banka və sekyuritizasiya istiqrazının mülkiyyətçilərinə məlumatın təqdim edilməsi qaydası və formasını.
14:14
525
14:10
462
14:09
448