İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
Mərkəzi Banka sekyuritizasiyaya dair tələbləri, məlumatların dairəsini təsdiqləmək tapşırılıb
İspaniyada polis idarəsinin binasına yandırıcı şüşələr atılıb
Çində rüşvət alan sabiq qubernator müavini ölüm cəzasına məhkum edilib
15:31
210
Sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivə yaradılıb.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Sərəncam imzaladığı “Qiymətli kağızlar bazarı haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, sekyuritizasiyanın predmeti qismində kredit, maliyyə icarəsi və ya faktorinq müqavilələri, həmçinin fond birjasında listinqdə olmayan korporativ istiqrazlar üzrə yaranan pul tələbləri çıxış edir. Mərkəzi Bank sekyuritizasiyanın predmeti qismində çıxış edə bilən digər pul tələblərini müəyyən etmək hüququna malikdir. Normativ hüquqi aktlarla müəyyən edilən hallarda sahibkarlıq subyektlərinə verilmiş güzəştli kreditlər, investisiya qiymətli kağızları (fond birjasında listinqdə olmayan korporativ istiqrazlar istisna olmaqla), iflas prosesində olan şəxslərə verilmiş borclar, dövri ödənişlər nəzərdə tutulmayan debitor borclar, həmçinin üçüncü şəxslər qarşısında yüklü olan aktivlər sekyuritizasiyanın predmeti ola bilməz. Sekyuritizasiyanın predmeti olan aktivlər reyestrə daxil edildiyi andan sekyuritizasiya istiqrazı mülkiyyətçilərinin xeyrinə qanun üzrə girov qoyulmuş hesab olunur. Sekyuritizasiya istiqrazı sekyuritizasiya şirkəti tərəfindən buraxılan və istiqraz üzrə ödənişləri sekyuritizasiya planına uyğun olaraq aktivlərdən daxil olan pul vəsaitlərinin hesabına ödənilən istiqrazdır.
15:36
189
14:56
392
14:55
413