İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
Mərkəzi Banka sekyuritizasiyaya dair tələbləri, məlumatların dairəsini təsdiqləmək tapşırılıb
İspaniyada polis idarəsinin binasına yandırıcı şüşələr atılıb
Çində rüşvət alan sabiq qubernator müavini ölüm cəzasına məhkum edilib
15:06
553
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva avropalıların sülh nizamlanmasına töhfə verməyə nə dərəcədə hazır olduqlarını başa düşmək üçün onlarla ünsiyyətin təşəbbüskarı kimi çıxış edir.
Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə keçirdiyi brifinqdə deyib.
Peskov həmçinin qeyd edib ki, Kiyevdən gələn bəyanatlara baxmayaraq, Rusiya humanitar əməliyyatları davam etdirməyə hazırdır. Onun sözlərinə görə, Rusiya hərbçiləri hətta Ukrayna tərəfinin yardımı olmadığı təqdirdə belə, dinc əhalini təhlükəli rayonlardan təxliyə edirlər.
Prezidentin mətbuat katibi vurğulayıb ki, Rusiya xüsusi hərbi əməliyyatı davam etdirir və hər gün Ukraynanın hərbi-sənaye kompleksinə Kiyev üçün olduqca ağrılı nəticələr doğuran genişmiqyaslı zərbələr endirir.
Moskva və Pekin münasibətlərindən danışan siyasətçi əlavə edib ki, Rusiya və Çin enerji sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi üzərində daim işləyirlər. Bununla yanaşı, Çin Xalq Respublikasında keçirilən sammitdə "Baykalın gücü" məsələsi ətraflı şəkildə müzakirə olunmayıb, bu məsələ ilə ekspertlər səviyyəsində məşğul olunur. O əlavə edib ki, iki ölkənin energetika sahəsində əməkdaşlığı hər zaman gündəmdədir, lakin həssas sahə hesab olunur.
Bundan başqa, Kreml nümayəndəsi bildirib: Rusiya bilir ki, "Euroclear" depozitarisi dondurulmuş Rusiya aktivlərinin hər hansı şəkildə müsadirə edilməsinin qeyri-mümkünlüyü mövqeyindən çıxış edir.
O, həmçinin qeyd edib ki, Moskva Baltikyanı regionda qeyri-dost fəallığın genişlənməsi kimi təhlükəli tendensiyanı müşahidə edir.
Məryəm Quliyeva