Bakıda şirkət tərəfindən 3-ü irigövdəli olmaqla 12 ağac məhv edilib Hadisə

Bakıda şirkət tərəfindən 3-ü irigövdəli olmaqla 12 ağac məhv edilib

Paytaxtın Nərimanov rayonunda yaşıllıqların məhv edilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən daxil olmuş material əsasında Rayon Prokurorluğunda araşdırma aparılıb.

Nərimanov Rayon Prokurorluğundan Trend-ə bildirilib ki, araşdırmalarla Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 37 A ünvanda “Şirvanşahlar” MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın tikilməsi məqsədilə həmin ərazidə ümumi dəyərləri 16 min manat olan 9 müxtəlif cinsli ağacın kəsildiyi və 3 iri gövdəli ağacın zədələnərək inkişafdan qaldığı müəyyən edilmişdir.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.