Vətən müharibəsi şəhidləri Orxan İsmayılov, Fərid Əsgərov, Əli Qasımovun xatirə lövhəsinin açılış mərasimi olub Hadisə

Vətən müharibəsi şəhidləri Orxan İsmayılov, Fərid Əsgərov, Əli Qasımovun xatirə lövhəsinin açılış mərasimi olub

Oktyabrın 4-də Mirzə Davud küçəsində Vətən müharibəsi şəhidləri Orxan İsmayılov, Fərid Əsgərov, Əli Qasımovun xatirə lövhəsinin açılış mərasimi olub.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər. Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Anım mərasimində çıxış edənlər şəhidin döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını bildiriblər.
Digər çıxış edənlər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabitinin böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərdiklərini, onların qəhrəmanlıqlarının heç zaman unudulmayacağını vurğulayıblar. Sonra məktəblilərin ifasında şeirlər səsləndirilib.

Şəhidlərin ailə üzvləiri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.