Bakıda qonşu qonşunu bıçaqlayıb Hadisə

Bakıda qonşu qonşunu bıçaqlayıb

Bakının Xəzər rayonunda 28 yaşlı gənc bıçaqlanıb.

Hadisə Buzovna qəsəbəsində baş verib.
1993-cü il təvəllüdlü Şərbətov Emin Kərim oğlu qonşuluqda yaşayan şəxslə əlbəyaxa dava edib. Dava zamanı E.Şərbətova 3 bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.