7 Noyabr 10:54
14 Oktyabr 2021 14:05
2 324
Həbsdə olan eks-prezident Mixail Saakaşviliyə azadlıq tələbi ilə bu gün Tbilisidə keçiriləcək mitinqə Sameqrelo bölgəsindən gələn avtomobil karvanı yolda "Gürcü Arzusu" tərəfdarları tərəfindən etirazlarla qarşılanıb.
Gürcü mətbuatı yazır ki, bununla bağlı müxalif "Vahid Milli Hərəkat"ın aparıcı simalarından biri olan Anna Tsiladze özünün rəsmi "Facebook" hesabında foto paylaşım edib.
Deputat qeyd edib ki, Sameqrelodan Tbilisiyə gələn avtomobil karvanına "Gürcü Arzusu"nun 40 üzvü basqın edərək avtomobillərin qarşısını kəsməyə cəhd ediblər.
A.Tsiladzenin paylaşımında əllərində süpürgə ilə Tbilisiyə gələn avtomobil karvanına etiraz edən onlarla aksiyaçı görülüb.
Cavid
7 Noyabr 18:42
1 078
7 Noyabr 18:03
1 099
7 Noyabr 17:59
1 085