08:37
357
ABŞ hakimiyyəti Los-Anceles hava limanında (Kaliforniya ştatı) Çin Xalq Respublikasının vətəndaşını Çin hakimiyyətinə qeydiyyatdan keçməmiş xarici agent kimi işləmək şübhəsi ilə saxlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Kaliforniya ştatının Mərkəzi Dairəsi üzrə prokurorunun birinici müavini Bill Esseyli "X" sosial şəbəkəsində bildirib: "Biz az əvvəl Los-Anceles hava limanından Çinə uçmağa cəhd edən Çinin xarici agentini saxladıq. O, xarici dövlətin maraqları naminə fəaliyyət göstərdiyi barədə Baş prokurora məlumat verməyib ki, bu da federal cinayət hesab olunur."
Esseylinin sözlərinə görə, 34 yaşlı Çin vətəndaşı 2025-ci ildə Sietlə (Vaşinqton ştatı) səfər edib və orada Çin hakimiyyətinin göstərişi ilə Tayvan administrasiyası nümayəndələrindən birinin qohumunu izləyib.
Məryəm Quliyeva