ABŞ Silahlı Qüvvələri narkotik qaçaqmalçılarının sürət qayığına zərbə endirib Dünya

ABŞ Silahlı Qüvvələri narkotik qaçaqmalçılarının sürət qayığına zərbə endirib

ABŞ Silahlı Qüvvələri narkotik qaçaqmalçılarının sürət qayığına zərbə endirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Amerikanın Cənub Komandanlığının mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb. Hücum nəticəsində dörd nəfər öldürülüb.

Komandanlığın məlumatına görə, qayıq "Karib dənizi hövzəsində qanunsuz narkotik dövriyyəsi üçün istifadə olunan" marşrutlarla hərəkət edirmiş. Kəşfiyyat məlumatları gəminin narkotik alverində iştirak etdiyini təsdiqləyib. İdarə qayıq üzərinə endirilən zərbənin video görüntülərini dərc edib. Əməliyyat "Qərb Yarımkürəsi" Birləşmiş Əməliyyat Qrupu tərəfindən həyata keçirilib.

Məryəm Quliyeva